ACF turunda “Atilla” və “Neftçi” fərqlənib - FOTO

Xəbərlər
3 Aprel 2024 19:45
113
ACF turunda “Atilla” və “Neftçi” fərqlənib - FOTO

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci turniri keçirilib.

İdman.biz xəbər verir ki, 7 çəki dərəcəsində qaliblər bəlli olub.

“Atilla” və “Neftçi”nin təmsilçiləri 2 çəkidə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Federasiya bu il üç turnirin keçirilməsini planlaşdırıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında yüksək yerləri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.

Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.

Qeyd edək ki, Sərhədçi İdman Mərkəzində keçirilən yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 100-ə yaxın cüdoçu yarışıb.

60 kq
1. Hüseyn Allahyarov (Cüdo Klub 2012)
2. Məhərrəm Mirzəyev (Neftçi İdman Klubu Bakı)
3. Murad Muradlı (Atilla İdman Klubu)
3. Faiz Həsənov (Atilla İdman Klubu)

66 kq
1. Tofiq Məmmədov (Atilla İdman Klubu)
2. Mehdi Cəfərov (Cüdo Klub 2012)
3. Bəhram Qurbanlı (Atilla İdman Klubu)
3. Nicat Nağıyev (Atilla İdman Klubu)

73 kq
1. Nəriman Mirzəyev (Neftçi İdman Klubu)
2. Elnur Qasilov (Atilla İdman Klubu)
3. Elxan Mirzəzadə (İsmayıllı)
3. Səid Rzayev (Sərhədçi İdman Mərkəzi)

81 kq
1. Zaməddin Poladov (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti)
2. Asim Qulamzadə (Aydın Gənclər İdman Klubu)
3. Elcan Abbasov (Metalurq İdman Klubu Gəncə)
3. Elcan Şəfiyev (Çevik İdman Klubu)

90 kq
1. Musa Hüseynli (Kanokan-TT İdman Klubu)
2. Fəqan Şamilov (Zaqatal Olimpiya İdman Klubu)
3. Şirin Cavadzadə (Neftçi İdman Klubu Siyəzən)
3. İbrahim Ağakişiyev (Neftçi İdman Klubu Bakı)

100 kq
1. Nihad Şixəlizadə (Neftçi İdman Klubu)
2. Azər İsmayılov (Sumqayıt şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Elşən Nəbiyev (Aydın Gənclər İdman Klubu)
3. Adil Məmmədov (Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)

+100 kq
1. Eldar Əliyev (Atilla İdman Klubu)
2. Hüseyn Dadaşov (Atilla İdman Klubu)
3. Toğrul Salmanov (Sumqayıt şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
3. Camal Feyziyev (Neftçi İdman Klubu Bakı)

İdman.biz