Azərbaycan AVRO-nun ümumi reytinq cədvəlində dördüncü olub

Xəbərlər
10 Sentyabr 2023 10:25
157
Azərbaycan AVRO-nun ümumi reytinq cədvəlində dördüncü olub

Cüdo üzrə Azərbaycan yığması Haaqada keçirilən fərdi Avropa çempionatının ümumi hesabında dördüncü yeri tutub.

İdman.biz-in məlumatına görə, komandanın aktivində bir qızıl, iki gümüş və üç bürünc mükafat var. Yekun protokolda cüdoçularımız Türkiyə, Sloveniya, Fransa, İsrail, İspaniya və digər ölkələri qabaqlayıblar.

Birinci yeri italyanlar (5-1-1), ikinci yeri Gürcüstan (3-0-1), üçüncü yeri isə Hollandiya (3-0-0) tutub.

Xatırladaq ki, Haaqada Nizami İmranov (60 kq) çempion, Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq), gümüş, Aydan Vəliyeva (52 kq), Vüsal Qələndərzadə (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıb.

Bu gün AVRO-da qarışıq komandalar arasında çempionat keçiriləcək.

Nicat Zəkiyev

İdman.biz