Vüqar Talıbov AVRO-nun üçüncü günündə gümüş medal qazanıb

Xəbərlər
9 Sentyabr 2023 19:44
73
Vüqar Talıbov AVRO-nun üçüncü günündə gümüş medal qazanıb

Azərbaycanın cüdo yığması Haaqada gənclər arasında fərdi Avropa çempionatının final günündə gümüş mükafata layiq görülüb.

İdman.biz xəbər verir ki, Vüqar Talıbov (90 kq) finalda tatami sahibi Lens Van Oostroma uduzaraq komandasına növbəti medalı gətirib.

Kənan Nəsibov (+100 kq) bürünc medala iddialı olsa da, kiçik finalda Mikola Xribığa (Ukrayna) uduzub.

Şəxsi AVRO-nun nəticələrinə görə komandamız altı mükafat qazanıb: Nizami İmranov (60 kq) çempion, Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Aydan Vəliyeva (52 kq), Vüsal Qələndərzadə (73 kq) və Ömər Rəcəbli (81 kq).

Sabah Haaqada qarışıq komandalar arasında Avropa çempionatı keçiriləcək.

----------

17:11

Azərbaycan cüdoçusu Vüqar Talıbov (90 kq) Haaqada keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib.

İdman.biz-in məlumatına görə, o, finala gedən yolda növbə ilə Skarhəddin Haktasson (İslandiya), Zaza Jandieri (İspaniya), Lasse Şriver (Norveç) və Mizan Radulz (Serbiya) keçərək dörd qələbə qazanıb. Finalda Talıbov tatami sahibi Lars Van Ostrumla mübarizə aparacaq.

Kənan Nəsibov (+100 kq) bürünc uğrunda mübarizə aparacaq. 1/4 finalda Rəcəb Erginə (Türkiyə) uduzsa da, təsəlliverici blokda Kabriel Kirnaya (Estoniya) qalib gəlib. Medal uğrunda mübarizədə o, Nikolay Xribiklə (Ukrayna) qarşılaşacaq.

Qeyd edək ki, AVRO-nun iki günündən sonra komandamızın aktivində beş medal var: Nizami İmranov (60 kq) çempion, Aydın Rzayev (66 kq) gümüş, Aydan Vəliyeva (52 kq), Vüsal Qələndərzadə (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Nicat Zəkiyev

İdman.biz