"Böyük Dəbilqə": yığma günü medalsız başa vurub

Xəbərlər
23 Mart 2024 20:58
129
"Böyük Dəbilqə": yığma günü medalsız başa vurub

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günü arxada qalıb.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.

İbrahim Əliyev (73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (81 kq) günü medalsız başa vurublar.

Kişilər
73 kq

İbrahim Əliyev 1/32 finaldan mübarizəyə qoşulub. O, ilk görüşdə bolqarıstanlı Mark Hristova uduzaraq, turnirdə çıxışını erkən başa vurub. İbrahimin rəqibi yarımfinala yüksələ bilmədiyindən cüdoçumuz medal şansını itirib.

81 kq
1/32 finaldan yarışa başlayan Ömər Rəcəbli Tomas Moraleş (Argentina), Mihail Latışev (Moldova) və Dominik Resseli (Almaniya) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda BƏƏ-ni təmsil edən Nuqzari Tatalaşvili uduzub. Təsəlliverici görüşə qatılan Ömər isveçrəli Aurelion Bonferroniyə məğlub olaraq, “Böyük Dəbilqə”ni medalsız başa vurub.

Ömərlə eyni çəkidə yarışan Məhərrəm ilk görüşdə Asad Masabirova (Qırğızıstan) qalib gəlsə də, növbəti görüşdə Saqi Mukiyə (İsrail) uduzaraq, turnirlə vidalaşıb.

Qeyd edək ki, “Böyük Dəbilqə”nin ilk günündə Azərbaycan millisi 2 medal qazanıb. Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) 3-cü yeri tutublar.

İdman.biz