Azərbaycan cüdoçuları AVRO-nun ikinci günündə iki bürünc medal qazandılar

Xəbərlər
8 Sentyabr 2023 20:29
140
Azərbaycan cüdoçuları AVRO-nun ikinci günündə iki bürünc medal qazandılar

Haaqada keçirilən gənclər arasında Avropa çempionatının ikinci günü də Azərbaycan yığması üçün uğurlu olub.

İdman.biz saytı xəbər verir ki, idmançımız bürünc medal qazanıb.

73 kq-a qədər çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə fəxri kürsüdə yer alıb. Eyni uğura Ömər Rəcəbli (81 kq) də imza atıb. Bununla da, yığmamızın Avropa çempionatında qazandığı medalların sayı 5-ə yüksəlib. Turnirin ilk günündə idmançılarımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdılar.

---------

17:19

Azərbaycan cüdo yığması Haaqada keçirilən gənclər arasında Avropa çempionatının ikinci günündə ən azı bir bürünc medal qazanıb.

İdman.biz -in məlumatına görə, 73 kq-a qədər çəki dərəcəsində mübarizə aparan idmançıların baş-başa görüşündə bürünc medal uğrunda Süleyman Əliyev və Vüsal Qələndərzadə mübarizə aparacaq. Birinci yarımfinala yüksəlib, Otari Kvantidzeyə (Portuqaliya) uduzaraq üçüncü yer uğrunda mübarizəyə keçib və burada komanda yoldaşı ilə qarşılaşacaq.

Öz növbəsində Qələndərzadə 1/4 finalda Luke Davisə (Böyük Britaniya) uduzub, təsəlliverici blokda isə Dimitar Qospodinovu (Bolqarıstan) məğlub edərək, bürünclə mübarizə aparmaq şansı qazanıb.

Yarımfinalda İqor Tsurkana (Ukrayna) uduzan Ömər Rəcəbli (81 kq) da bürünc uğrunda mübarizə aparacaq. Onu kiçik finalda Conni Askham gözləyir.

---------

15:37

Haaqada keçirilən gənclər arasında Avropa çempionatının ikinci günündə çıxışına başlayan hər üç Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib.

İdman.biz xəbər verir ki, 73 kq-a qədər çəki dərəcəsində çıxış edən Süleyman Əliyev Lenz Naprudnik (Avstriya) üzərində qələbə ilə başlayıb, daha sonra Fabrizio Espositonu (İtaliya) keçib. 1/4 finalda o, Filipp Drexler (Almaniya) ilə qarşılaşacaq.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə Levi Maerkt (Almaniya) və Vlad Mitrunu (Moldova) məğlub edib. 1/4 finalda o, Luke Devislə (Böyük Britaniya) mübarizə aparacaq.

Ömər Rəcəbli (81 kq) Bert Faşinq (Avstriya) və Ceyson Okoyeni (Fransa) məğlub edib. 1/4 finalda Yaniv Aqronovla (İsrail) mübarizə aparacaq.

Qeyd edək ki, AVRO-nun ilk günündə idmançılarımız mükafatların tam dəstini qazanıblar: Nizami İmranov (60 kq) çempion, Aydın Rzayev (66 kq) gümüş, Aydan Vəliyeva (52 kq) isə bürünc medal qazanıb.

--------

11:25

Niderlandın Haaqa şəhərində gənc cüdoçular arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü tatami üzərinə çıxacaq.

Oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində Süleyman Əliyev və Vüsal Qələndərzadə, 81 kiloqram çəkidə isə Ömər Rəcəbli mübarizə aparacaq.

Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız üç medal qazanıblar. Nizami İmranov (60 kiloqram) qızıl, Aydın Rzayev (66 kiloqram) gümüş, Aydan Vəliyeva (52 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Nicat Zəkiyev

İdman.biz