Azərbaycan AVRO-nun ümumi hesabında ikinci yerdədir

Xəbərlər
7 Sentyabr 2023 20:09
158
Azərbaycan AVRO-nun ümumi hesabında ikinci yerdədir

Azərbaycanın gənclərdən ibarət yığma komandası Haaqada keçirilən Avropa çempionatının ümumi hesabında ikinci yeri tutur.

İdman.biz-in məlumatına görə, yarışın ilk günündə idmançılarımız mükafatların tam dəstini qazanıblar: Nizami İmranov (60 kq) - çempion, Aydın Rzayev (66 kq) - gümüş medal, Aydan Vəliyeva (52 kq) - bürünc medal.

İtaliya iki qızıl, bir gümüş və bir bürünc medal qazanaraq çempionatda liderliyə yüksəlib. İlk üçlüyü Türkiyə qapayır (1-0-1).

Zəki Feyzullayev

İdman.biz