Cüdo məşqçiləri üçün seminar və imtahan keçiriləcək

9 Sentyabr 2026 13:55
78
Cüdo məşqçiləri üçün seminar və imtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə birinci dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, tədbir sentyabrın 21-25-i aralığında təşkil olunacaq. Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.

Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını inkişaf etdirmək və qiymətləndirməkdir.

İdman.Biz