Cüdonun kata növü üzrə çempionat keçiriləcək

9 Sentyabr 2026 13:20
100
Cüdonun kata növü üzrə çempionat keçiriləcək

Böyüklər, gənclər və yeniyetmələr arasında cüdonun kata növü üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Dekabrın 6-da Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə böyüklər bütün kata kateqoriyalarında, gənclər və yeniyetmələr isə "Nage-no-kata" və "Katame-no-kata" üzrə çıxış edəcəklər.

Cütlər kişi-kişi, qadın-qadın və ya kişi-qadın tərkibində formalaşdırıla bilər.

İdman.Biz