Cüdoçularımız Avropa kubokuna hazırlaşır

Xəbərlər
27 Fevral 2024 18:32
115
Cüdoçularımız Avropa kubokuna hazırlaşır

Sabah yeniyetmə oğlanlardan ibarət cüdo yığmasının təlim-məşq toplanışı yekunlaşacaq.

İdman.biz xəbər verir ki, Bakıda təşkil olunan hazırlıqda 30 idmançı iştirak edir.

Ayın 19-da start götürən məşq prosesi Antalyada (Türkiyə) keçiriləcək Avropa kubokuna hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Avropa kuboku martın 2-3-də baş tutacaq.

İdman.biz

Məqalədə: