Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrənin Lozanna şəhərində keçirilən Ecole Mont-Olivet Deaf Judo Masters Top 18 turnirində gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə təşkil olunan yarışda üç görüş keçirib.
Əzizov Qazaxıstan, Fransa və Macarıstan təmsilçiləri ilə qarşılaşıb və yekunda ikinci yeri tutaraq gümüş medala sahib olub.
Qeyd edək ki, Masters Top 18 turniri ilk dəfə təşkil olunub. Aydın Əzizov yarışın 81 kq çəki dərəcəsində gümüş medal qazanan ilk Azərbaycan idmançısı kimi tarixə düşüb.
