Azərbaycan Lozanna "Böyük Dəbilqə"sini bir medalla başa vurub - YENİLƏNİB

30 Avqust 2026 16:24
157
Azərbaycan Lozanna "Böyük Dəbilqə"sini bir medalla başa vurub

Azərbaycan millisi İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə tatamiyə çıxan dörd Azərbaycan təmsilçisindən heç biri medal uğrunda mübarizəni davam etdirə bilməyib.

90 kq çəki dərəcəsində Vüqar Talıbov ilk görüşündə gürcüstanlı Akaki Çaparidzeyə məğlub olub.

+100 kq-da Kənan Nəsibov ukraynalı Yakov Xammoya, Uşanqi Kokauri isə BƏƏ-ni təmsil edən Maqomedomar Maqomedomarova uduzub.

Qadınların yarışında +78 kq çəki dərəcəsində Mədinə Qaysinova rusiyalı Elis Startsevaya məğlub olaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan millisi "Böyük Dəbilqə"ni bir medalla başa vurub. Komandamızın yeganə mükafatını 81 kq çəki dərəcəsində bürünc medal qazanan Ömər Rəcəbli əldə edib.

Qeyd edək ki, turnirin qalibləri 1000, gümüş medalçılar 700, bürünc mükafatçılar isə 500 reytinq xalı qazanırlar.

15:05

İsveçrənin Lozanna şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulur.

İdman.Biz xəbər verir ki, yarışın son günündə Azərbaycanın üç təmsilçisi ilk görüşdən sonra mübarizəni dayandırıb.

90 kq çəki dərəcəsində Vüqar Talıbov gürcüstanlı Akaki Çaparidzeyə məğlub olaraq turnirlə vidalaşıb.

+100 kq-da Kənan Nəsibov ukraynalı Yakov Xammoya uduzub. Bu çəkidə çıxış edən digər Azərbaycan təmsilçisi Uşanqi Kokauri isə startda sərbəst olub.

Qadınların yarışında +78 kq çəki dərəcəsində Mədinə Qaysinova rusiyalı Elis Startsevaya məğlub olaraq mübarizəni başa vurub.

Hazırda Azərbaycan millisinin aktivində bir medal var. 81 kq çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli bürünc mükafata sahib olub.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin qalibləri 1000, gümüş medalçılar 700, bürünc mükafatçılar isə 500 reytinq xalı qazanacaqlar.

İdman.Biz