Fövqəladə Hallar Nazirliyinin qurumları arasında idmanın cüdo növü üzrə çempionat keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin İdman-sağlamlıq klubunun idman zalında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 8 komandadan 50-ə yaxın əməkdaş iştirak edib.
İki gün gərgin mübarizə şəraitində keçən yarışlardan sonra qaliblər müəyyən olunub.
Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra çıxış edən İdman-sağlamlıq klubunun rəis müavini mayor Bəhruz Ağayev Nazirliyin qurumları arasında cüdo yarışının keçirilməsi və əməkdaşların əzmkar şəkildə iştirak etməsinin qürürverici hal olduğunu qeyd edib. O, çempionatda yer tutmuş əməkdaşları və komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 7 çəki dərəcəsi üzrə keçirilən yarış baş hakim Arzu Axundov tərəfindən idarə edilib.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:
60 kq çəkidə
Birinci yer – Kamran Qasımov (Dövlət Yanğından Mühafizə Xidməti (DYMX))
İkinci yer – İman Zülfüqarov Xidməti (DYMX)
Üçüncü yer – Özal Dünyamalıyev (Sumqayıt Regional Mərkəzi)
Üçüncü yer – Nicat Qardiyev (Akademiya)
66 kq çəkidə
Birinci yer – Seyidi Mir Elturan (DYMX)
İkinci yer – Nadir Nadirli (DYMX)
Üçüncü yer – Murad Əhmədov (Mülki Müdafiə Qoşunları (MMQ))
73 kq çəkidə
Birinci yer – Fəxri Sahibzadə (MMQ)
İkinci yer – Şükran Zamanlı (İdman-sağlamlıq klubu)
Üçüncü yer – Zeynal Zeynalov (Aran Regional Mərkəzi)
Üçüncü yer – Murad Balacayev (Akademiya)
81 kq çəkidə
Birinci yer – İsmayıl Hacıyev (DYMX)
İkinci yer – Şamil Əmirov (Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX))
Üçüncü yer – Rüstəm Müslümov (XRXX)
Üçüncü yer – Fariz Səfərov (Aran Regional Mərkəzi)
90 kq çəkidə
Birinci yer – Fəqan Şamilov (MMQ)
İkinci yer – Azad Zahidov (XRXX)
Üçüncü yer – Səlim Həsənquliyev (DYMX)
Üçüncü yer – Baba Musayev (XRXX)
100 kq çəkidə
Birinci yer – Hüseyn Balabəyox (DYMX)
İkinci yer – Mahir Nərimanov (DYMX)
Üçüncü yer – Kazım Qafarov (MMQ)
Üçüncü yer – Ayaz Səmədov (XRXX)
+100 kq çəkidə
Birinci yer – Səyyad Ayazzadə (DYMX)
İkinci yer – Razim Vəliyev (DYMX)
Üçüncü yer – Ədalət Məmmədov (MMQ)
Üçüncü yer – Səlim Orucov (XRXX)
Xal hesabının nəticələrinə əsasən komanda üzrə Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xİlasetmə Xidmətinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.
Yarışda peşəkar fəaliyyətə və göstərilən dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının hakim heyəti və Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.
