Azərbaycan DÇ-yə 14 yeniyetmə cüdoçu ilə qatılacaq - FOTO

5 Avqust 2026 15:19
110
Azərbaycan DÇ-yə 14 yeniyetmə cüdoçu ilə qatılacaq - FOTO

Azərbaycan yeniyetmələrdən ibarət cüdo millisi Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, 20-23 avqust tarixlərində təşkil olunacaq mötəbər yarışda ölkəmizi doqquz çəki dərəcəsində 14 idmançı - 10 oğlan və dörd qız təmsil edəcək.

Komandaya yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.

Dünya çempionatında 61 ölkədən 459 cüdoçu - 242 oğlan və 217 qız mübarizə aparacaq.

Qızlar
40 kq - Sunay Salamova, Zəhra Quliyeva
44 kq - Pərvin Sevxanlı
48 kq - Könül Eyvazlı

Oğlanlar
50 kq - Fərid Rzazadə
55 kq - Fərid Xudiyev, İbrahim Talıbov
66 kq - İlkin Qarayev
73 kq - Yusuf Nəzər, Sadiq Məmmədov
81 kq - Ayxan Həsənli, Yaqub Məmmədov
90 kq - Ömər Axundov, Nurəddin Əliyev

İdman.Biz