Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək

3 Avqust 2026 12:56
124
Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək

Avqustun 8-9-da Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycan 6 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimarın rəhbərlik edəcəyi komandada 9 qız və 4 oğlan yer alıb.

Turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) mübarizə aparacaq.

Azərbaycanın heyəti:

Qızlar

-48 kq: Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva

-52 kq: Aysun Məmmədova, Nuranə Hacızadə

-57 kq: Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova

-63 kq: Nilgün Rzayeva

Oğlanlar

-73 kq: Kənan Hüseynov

-100 kq: Davud Namazlı, Canpolad Əliyev, Vidad Əliyev

İdman.Biz