İyulun 29-da cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb.
İdman.Biz bildirir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 6 çəki dərəcəsində 204 cüdoçu mübarizəyə qoşulub.
Qızlar -40 kq, -52 kq, -70 kq; oğlanlar isə -50 kq, -66 kq, -90 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdirib.
Bu, cari ildə U-17 Liqa yarışının son turudur və idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayır.
Medalçıları təqdim edirik:
Qızlar
-40 kq
1. Fəridə Rəhimli (Naftalan UGİM)
2. Sofiya Bıkova (Maştağa İK)
3. Rəvanə Əliquliyeva (Qəbələ Bakı)
3. Ləman Bağırova (Naxçıvan UGİM)
-52 kq
1. Nərmin Ağamirzəzadə (RKİM)
2. Yağmur Abdullayeva (Arifoğlu İK)
3. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
-70 kq
1. Zümrüd Əliyeva (RKİM)
2. Türkan Məmmədli (Qədiroğlu İK)
3. Lalə Səbziyeva (Sumqayıt şəhəri İOEUGİM)
3. Məleykə Əsədova (Şahin 313 İK)
Oğlanlar
-50 kq
1. Məhəmməd Səfərov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Əkbər Qədirli (Sumqayıt şəhəri İOEUGİM)
3. İsmayıl Məmmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Emin Nəzərəliyev (Sumqayıt şəhəri İOEUGİM)
-66 kq
1. Rövşən Qurbanəliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)
3. Yusif Hüseynov (RKİM)
3. Həsən İbadov (Neftçi İK)
-90 kq
1. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Munir Əlizadə (Atilla İK)
3. Rəşad Musayev (Sərhədçi İM)
