Vaxtilə Azərbaycanın cüdo millisinin şərəfini qorumuş Acelya Toprak (57 kq) artıq İngiltərə yığmasının heyətində uğurlar qazanır.
İdman.Biz xəbər verir ki, o, Qlazqoda keçirilən Birlik Oyunlarının qalibi olub.
Acelya Toprak dörd il əvvəl eyni yarışda gümüş medal qazanmışdısa, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Finaldan sonra danışan cüdoçu sevincini belə ifadə edib:
“Bu dəfə ikinci yerlə kifayətlənməyib qalib gəldiyim üçün çox xoşbəxtəm. Yarış günü ərzində yorulmuşdum, amma hər şey mənim üçün uğurlu alındı”.
Qeyd edək ki, Londonda anadan olan Acelya Toprak bir neçə il Azərbaycan millisinin heyətində çıxış edib. O, 2024-cü ildə Abu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb, daha sonra Azərbaycan çempionu olub. Bundan sonra isə yenidən İngiltərə millisinin bayrağı altında çıxış etmək qərarına gəlib.
Birlik Oyunlarında qazanılan qızıl medal Toprakın cari mövsümdə ilk mükafatı olub.
