Azərbaycanın gənc cüdoçuları açıq havada məşqə çıxıblar - VİDEO

14 İyul 2026 12:52
73
Azərbaycanın gənc cüdoçuları açıq havada məşqə çıxıblar - VİDEO

Azərbaycanın gənclərdən ibarət cüdo yığmasının açıq havada keçirilən məşqindən görüntülər yayımlanıb.

İdman.Biz xəbər verir ki, hazırlıq prosesi qarşıdakı yarışlarda uğurlu çıxış etmək və idmançıların fiziki dözümlülüyünü artırmaq məqsədi daşıyır.

Milli komandanın üzvləri məşq zamanı ağırlıq yüklü ümumi fiziki hazırlıq və müxtəlif hərəkətlər yerinə yetiriblər. Açıq hava şəraitində təşkil olunan məşq cüdoçuların güc, çeviklik və dözümlülük göstəricilərinin yüksəldilməsinə yönəlib.

Hazırlıq proqramı çərçivəsində idmançıların texniki və taktiki bacarıqlarının təkmilləşdirilməsi də nəzərdə tutulub. Gənc cüdoçular qarşıdakı yerli və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmək üçün məşqlərini davam etdirirlər.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4-11 oktyabr 2026-cı ildə Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz