Azərbaycan cüdoçusu Avropa Kubokunun gümüş medalını qazanıb

13 İyul 2026 02:15
73
Azərbaycan cüdoçusu Avropa Kubokunun gümüş medalını qazanıb

Azərbaycan cüdoçusu Fərhad Quliyev Türkiyənin İzmit şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun gümüş medalçısı olub.

İdman.Biz xəbər verir ki, 66 kq-dək çəki dərəcəsində mübarizə aparan idmançımız turnir ərzində Qazaxıstan, Türkiyə və Gürcüstan təmsilçilərinə qalib gəlib.

Fərhad Quliyev yarımfinalda Türkiyənin digər cüdoçusunu məğlub edərək yarışın finalına yüksəlib.

Həlledici görüşdə rəqibinə yalnız əlavə vaxtda uduzan Azərbaycan təmsilçisi Avropa Kubokunun gümüş medalını qazanıb.

İdman.Biz