Cüdo üzrə gənclər arasında Avropa Kubokunda idmançılarımız üç medal qazanıblar

3 May 2026 00:12
174
Cüdo üzrə gənclər arasında Avropa Kubokunda idmançılarımız üç medal qazanıblar

Türkiyənin İstanbul şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

İdman.Biz bildirir ki, yarışın ilk günündə milli komandamız aktivinə 3 medal yazdırıb.

Nihad Məmişov (-66 kq) bütün rəqiblərini məğlub edərək qardaş ölkədə himnimizi səsləndirib. Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) isə beynəlxalq turniri bürünc medalla başa vurublar.

Azərbaycan 1 qızıl və 2 bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə ikinci pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: