Rəşid Məmmədəliyev “Böyük Dəbilqə” turnirində bürünc medal qazandı - YENİLƏNİB + VİDEO

2 May 2026 16:46
918
Rəşid Məmmədəliyev “Böyük Dəbilqə” turnirində bürünc medal qazandı - YENİLƏNİB + VİDEO

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, 26 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən R.Məmmədəliyev yarışda üçüncü yeri tutub.

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan dörd çəki dərəcəsində altı cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər. “Böyük Dəbilqə” mayın 3-də başa çatacaq.

13:52

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirinin yarımfinalında tacikistanlı Muhiddin Asadulloyevə məğlub olub.

İdman.Biz xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə çıxış edəcək.

Onun rəqibi digər tacikistanlı idmançı Ahmadzod Masudi olacaq.

Qeyd edək ki, final bloku saat 16:00-da start götürəcək.

13:15

Azərbaycanın cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, idmançı 1/4 finalda rusiyalı Danil Lavrentevə qalib gəlib.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 3-də başa çatacaq.

12:36

Azərbaycanın cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirini qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/8 final mərhələsində moldovalı Vlad Mitruya ilə qarşılaşıb.

Rəqibini məğlub edən R.Məmmədəliyev 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 3-də başa çatacaq.

11:58

Bu gün Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.

26 yaşlı idmançı 1/8 final mərhələsində Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan dörd çəki dərəcəsində altı cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. “Böyük Dəbilqə” mayın 3-də başa çatacaq.

İdman.Biz