Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.
İdman.Biz bildirir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
-50 kq çəki dərəcəsində çıxış edən Fərid Rzazadə bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. İdmançımız finalda ermənistanlı Armen Matevosyanı məğlub edib.
Qeyd edək ki, sabah başa çatacaq beynəlxalq yarışa 17 ölkədən 362 cüdoçu qatılıb.
