Əməkdar məşqçi ölüb

3 Yanvar 2024 14:48
564
Əməkdar məşqçi ölüb

Azərbaycanın cüdo üzrə əməkdar məşqçisi Viktor Kuznetsov vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Ölkənin cüdo üzrə ilk məşqçilərindən olan Viktor Kuznetsov 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kuznetsov "Dinamo" İdman Cəmiyyətində və SSRİ-nin dövlət məşqçisi kimi fəaliyyət göstərib. Rusiyanın cüdo üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi və Rusiya Cüdo, Sumo Federasiyasiyalarınınnın baş katibi olub.

İdman.biz

Məqalədə: