“Avropa çempionatına sayılı günlər qalıb”.
İdman.Biz xəbər verir ki, bu sözləri qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Amina Abdellatif jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis Tbilisidə keçiriləcək Avropa çempionatı ilə bağlı düşüncələrini bölüşüb:
“Hazırlıq yüksək səviyyədədir. Avropa çempionatına sayılı günlər qalıb. Qitə birinciliyinə ciddi hazırlaşırıq. Avropa çempionatından sonra Bakıda təşkil olunacaq dünya birinciliyinə hazırlaşacağıq. Hər zaman yarışlara medal ümidi ilə gedirik. Avropa çempionatında da qadın cüdoçulara ümidlər böyükdür. Bu dəfə də məqsədimiz dəyişmir - uğur qazanmağa çalışacağıq”.
