Riçard Trautman: “Avropa çempionatında müsbət nəticəyə köklənmişik”

9 Aprel 2026 17:23
280
Riçard Trautman: “Avropa çempionatında müsbət nəticəyə köklənmişik”

“Azərbaycanın kişi cüdo millisi Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir”.

İdman.Biz xəbər verir ki, bunu milli komandanın baş məşqçisi Riçard Trautman jurnalistlərə açıqlamasında bildirib.

“Yarışa çox az vaxt qalıb. Komandanın hazırlıq səviyyəsindən razıyıq. Gürcüstanda keçirdiyimiz təlim-məşq toplanışı da faydalı oldu. Bu idman növündə zədələr qaçılmazdır. Təəssüf ki, 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev zədə səbəbindən Avropa çempionatında iştirak edə bilməyəcək”, - deyə o söyləyib.

Riçard Trautman müsbət nəticə qazanmağa kökləndiklərini vurğulayıb:

“Təbii ki, Avropa çempionatında uğur qazanmaq istəyirik. Bununla belə, dünya çempionatına da fokuslanmışıq. Mundialda da yaxşı nəticələr qazanacağımıza inanıram. Cüdoda əvvəlcədən proqnoz vemək çətindir. Ötən il Avropa çempionatında beş medal qazanmışdıq. Bu dəfə bu rəqəmin daha böyük olacağına inanıram”.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.

İdman.Biz