Ruslan Paşayev Avropa çempionatını buraxır - SƏBƏB

9 Aprel 2026 16:05
323
Ruslan Paşayev Avropa çempionatını buraxır - SƏBƏB

Məşq zamanı zədə alan Azərbaycanın cüdo millisinin üzvü Ruslan Paşayevin son vəziyyəti açıqlanıb.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançının zədəsi ciddi deyil.

Onun may ayında məşqlərə qayıdacağı gözlənilir.

Bu səbəbdən Ruslan Paşayev böyüklər arasında Avropa çempionatını buraxacaq. Onun əvəzinə eyni çəkidə mübarizə aparan Turan Bayramov yığmanın heyətinə daxil edilib.

Qitə birinciliyi aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

İdman.Biz
Məqalədə: