28–29 mart tarixlərində Polşanın Poznan şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
İdman.Biz bildirir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Kollektivə qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Turnirdə 21 ölkədən 279 idmançı mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
-52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova
-57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva
-63 kq
Nilgün Rzayeva
