Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Cüdoçumuz üçüncü yer uğrunda görüşdə İspaniya təmsilçisi Anton Şuxaliyevi məğlub edib.
