Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”dəki rəqibləri məlum olub

19 Mart 2026 22:48
92
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”dəki rəqibləri məlum olub

Martın 19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.

Sabah start götürəcək Tbilisi Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 10:00-dan etibarən "Judo TV"də, final bloku isə saat 17:00-dan "CBC Sport" telekanalında canlı yayımlanacaq. Yarış martın 22-də başa çatacaq.

Kişilər

-66 kq, 1/32 final
Turan Bayramov – Kilian Noel (Fransa)

-66 kq, 1/16 final
Rəşad Yelkiyev – Yoxem van Harten (Niderland)

-73 kq, 1/32 final
Kamran Süleymanov – Rey Marinks (Belçika)

-73 kq, 1/16 final
Hidayət Heydərov – Zelemxan Batçayev (Belçika)

+100 kq, 1/8 final
Camal Qamzatxanov – Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi ilə
Kənan Nəsibov – Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi ilə

Qadınlar

-48 kq, 1/16 final
Könül Əliyeva – Mişel Altanşaqay (Monqolustan)

-52 kq, 1/8 final
Leyla Əliyeva – Gefen Primo (İsrail)

-70 kq, 1/16 final
Südabə Ağayeva – Nino Qulbani (Gürcüstan)
Aytac Qardaşxanlı – Şirincon Yuldoşova (Özbəkistan)

+78 kq, 1/8 final
Madina Kaisinova – Erika Simonetti (İtaliya)

İdman.Biz