Almaniyada cüdo üzrə Türingiya Kuboku keçiriləcək

18 Mart 2026 10:09
102
Almaniyada cüdo üzrə Türingiya Kuboku keçiriləcək

Martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, 32-ci dəfə baş tutacaq ənənəvi beynəlxalq yarışda səkkiz çəki dərəsində 16 yeniyetmə cüdoçumuz mübarizə aparacaq.

Turnirdə idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandamızın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Heyəti təqdim edirik:
Qızlar (U-18 yaş kateqoriyası)
40 kq

Sunay Salamova
Zəhra Quliyeva

44 kq
Nigar Heydərzadə
Pərvin Sevxanlı
Fatimə Abdullayeva

48 kq
Könül Eyvazlı

52 kq
Tövsiyyə Babayeva

57 kq
Gülnaz Məmmədtağıyeva
Səma Vəlizadə
Yağmur Əhmədzadə

63 kq
Nəzakət Vəliyeva
Türkan Məmmədli
Zilan Hüseynli

70 kq
Rəna Əhmədova
Məsumə Məmmədli

+70 kq
Zemfira Əliyeva

İdman.Biz