Gəncə şəhəri növbəti nüfuzlu idman yarışına ev sahibliyi etməyə hazırlaşır. 4-5 aprel tarixlərində Gəncə İdman Sarayında yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
İdman.Biz xəbər verir ki, qitənin ən perspektivli gənc cüdoçuları medallar uğrunda mübarizə aparmaq üçün Nizami yurduna üz tutacaqlar.
İki gün davam edəcək yarışda müxtəlif ölkələrdən yüzlərlə idmançının iştirakı gözlənilir.
Bu turnir yeniyetmə idmançıların beynəlxalq təcrübə qazanması və reytinq xallarını artırması baxımından böyük əhəmiyyət kəsb edir.
