Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-16 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” yarışının ikinci turu martın 15-də başa çatıb.
İdman.Biz xəbər verir ki, turnirin son günündə 118 cüdoçu döşək üzərinə çıxıb. Qızlar 44 kq, 52 kq, 63 kq və +70 kq; oğlanlar isə 55 kq, 66 kq, 81 kq və +90 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.
Yarışın keçirilməsində əsas məqsəd milli komandanın sağlam alt bazasının yaradılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. İki turun yekun reytinq sıralamasına əsasən, hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaqlar.
Mükafatçıları təqdim edirik:
Qızlar
44 kq
1. Ayan Həsənli (Judo Club 2012)
2. Ülkər Abbaszadə (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Ayan Muradova (Şəki OİK)
3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
52 kq
1. Zəhra Mövləmverdiyeva (Maştağa İK)
2. Aynur Süleymanova (Hövsan İK)
3. Samirə Əliyeva (Balaxanı İM)
63 kq
1. Sevil Abdullayeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Ayan Zeynallı (Neftçi İK)
3. Qönçə Məmmədli (Ələt İdman Klubu)
+70 kq
1. Aişə Jestekina (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Zeynəb Kılınçoğlu (Goranboy UGİM)
3. Gülşən İbrahimova (Goranboy UGİM)
Oğlanlar
55 kq
1. Samin Səlimli (Spartak Wrestle Zone)
2. Qərib Atababayev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Fuad Cəlilzadə (Sərhədçi İM)
3. Rəhim Əliyev (Şuşa UGİM)
66 kq
1. Büsat Şahmurov (Qəbələ İK şəhər)
2. Nihad İsayev (Neftçi İK)
3. Fərhad Quliyev (Qəbələ (Bakı)
3. Abdulla Salam (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
81 kq
1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Kənan Hüseynov (Yevlax)
3. Murad Hüseynzadə (Atilla İK)
3. Asif Şükürov (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
+90 kq
1. Sabir Bərxudarlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Nihad Məlikli (Neftçi Sumqayıt)
3. Rəsul Ağayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ).
Qeyd edək ki, turnirin birinci turunda 67 klub və idman cəmiyyətindən ümumilikdə 221 idmançı (270 oğlan və 49 qız) iştirak etmişdi.
