Azərbaycanda qadın cüdo məşqçilərinin sayı açıqlanıb

Xəbərlər
27 Dekabr 2023 15:31
171
Azərbaycanda qadın cüdo məşqçilərinin sayı açıqlanıb

Azərbaycanda qadın cüdo məşqçilərin sayı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinə media-tur zaman qurumun baş katibi Rəşad Rəsullu deyib.

O bildirib ki, hazırda cəmi 20 qadın məşqçi fəaliyyət göstər: "Onların çoxu gəncdir. Qadın məşqçilərimizin sayının artırılması istiqamətində müəyyən işlər görülür”.

Rəsullunun sözlərinə görə, “Qızlara ağ yaraşır” layihəsi başladıqdan sonra cüdonu seçən qızların sayında da ciddi artım hiss olunur.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: