Azərbaycan cüdoçuları Özbəkistanda “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər

23 Fevral 2026 21:11
172
Azərbaycan cüdoçuları Özbəkistanda “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, yarış Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən fevralın 27-dən martın 1-dək baş tutacaq.

Turnirdə kişilərdən ibarət yığma baş məşqçi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət milli isə baş məşqçi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək yarışda 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.
Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

Kişilər
60 kq

Əhməd Yusifov
Balabəy Ağayev

66 kq
Nizami İmranov
Turan Bayramov

73 kq
Kamran Süleymanov
Hidayət Heydərov

81 kq
Ömər Rəcəbli

90 kq
Murad Fətiyev

100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov

+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov

Qadınlar
48 kq

Könül Əliyeva
Şəfəq Həmidova

52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva

63 kq
Fidan Əlizadə

70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

İdman.Biz