Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə seminar təşkil olunub - FOTO

20 Fevral 2026 13:21
114
Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə seminar təşkil olunub - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti nəzəri seminar keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, seminar ACF prezidentinin müşaviri Natiq Bağırov, qurumun hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.

Tədbirdə bu il yenilənmiş Beynəlxalq Cüdo Federasiyasının “İdman və təşkilatçılıq qaydaları” (SOR) kitabı üzrə müddəalar təkrar edilib, qaydalar ətrafında geniş müzakirələr aparılıb.

İdman.Biz