Azərbaycanın cüdo üzrə yeniyetmə qızlardan ibarət millisinin üzvləri üçün art-terapiya seminarı təşkil olunub.
İdman.Biz xəbər verir ki, məşğələnin əsas məqsədi cüdoçuların emosional dayanıqlığını gücləndirmək, stress səviyyəsini azaltmaq və onların psixoloji rifahını dəstəkləməkdir.
Bu təşəbbüs yığmada sağlam psixoloji mühitin formalaşdırılması və uzunmüddətli idman uğurlarının təmin edilməsi istiqamətində atılan vacib addımlardan biridir.
Gələcəkdə də yeniyetmə idmançıların psixoloji hazırlığına yönəlmiş oxşar fəaliyyətlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.
