Bakıda cüdo texnikaları üzrə imtahan baş tutacaq

18 Fevral 2026 13:42
201
Bakıda cüdo texnikaları üzrə imtahan baş tutacaq

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo texnikaları üzrə imtahan keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, imtahanda U-14 Liqa yarışının Birinci turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.

Təsdiqlənmiş qrafikə əsasən, fevralın 19-20-də Bakı və Abşeron-Xızı regionları, 21-22-də isə yalnız digər region klubları sınaqdan keçəcəklər.

İmtahanda iştirak könüllüdür. Qaydalara əsasən, imtahan xalının hesablanması üçün idmançı yarışda və ya rəsmi çəkidə mütləq iştirak etməlidir. Rəsmi çəki limitini 5%-dən çox aşaraq kəsilən idmançının imtahan xalı nəzərə alınmayacaq.

Ümumi bal hesablanarkən yarış nəticəsinə görə verilən xalların 70%-i, imtahanda toplanan xalların isə 30%-i əsas götürüləcək.

Qeyd edək ki, imtahan fevralın 19-dan 22-dək Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

İdman.Biz