Lyublyanada böyüklər arasında keçirilən cüdo üzrə Açıq Avropa Kuboku başa çatmaq üzrədir.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Leyla Əliyeva (52 kq) 1/4 finalda məğlub olduqdan sonra təsəlliverici görüşdə uduzaraq bürünc medal şansını əldən verib.
Digər azərbaycanlı cüdoçular – Şəfəq Həmidova, Fidan Əlizadə, Könül Əliyeva, eləcə də daha əvvəl çıxış edən Sudaba Ağayeva və Madina Kaysinova turnirin erkən mərhələlərində mübarizəni dayandırıblar.
12:51
Bu gün Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən Avropa Açıq Turniri yekunlaşacaq.
İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışın sonuncu günündə Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq.
48 kq çəkidə Şəfəq Həmidova almaniyalı Helena Qrau, 52 kq-da Könül Əliyeva isə fransalı Jüli Veil Dit More ilə üz-üzə gələcək. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva qazaxıstanlı Meruyert Sarsenova ilə münasibətlərinə aydınlıq gətirəcək.
57 kq çəki dərəcəsində Fidan Əlizadə, də mübarizəyə qoşulacaq.
