Cüdo üzrə “İstedadların seçimi” yarışının birinci turu başa çatıb - FOTO

15 Fevral 2026 18:18
91
Cüdo üzrə “İstedadların seçimi” yarışının birinci turu başa çatıb - FOTO

Fevralın 15-də U-16 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” yarışının birinci turuna yekun vurulub.

İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olununan yarış günündə 117 cüdoçu tatamiyə çıxıb. Qızlar 44 kq, 52 kq, 63 kq və +70 kq, oğlanlar isə 55 kq, 66 kq, 81 kq və +90 kq çəki dərəcələrində mübarizə aparıblar.

Ümumilikdə ilk tura 67 klub və idman cəmiyyətindən 257 oğlan, 45 qız olmaqla 302 idmançı qatılıb.

Yarışın əsas məqsədi milli komanda üçün sağlam alt bazanın formalaşdırılması, perspektivli cüdoçuların üzə çıxarılması və ehtiyat qüvvənin yaradılmasıdır. İki turun yekun reytinqində hər çəki üzrə ilk dörd yeri tutan idmançılar “Gələcəyin ümidləri” proqramına cəlb olunacaqlar.

Qızlar
44 kq

Pərvin Sevxanlı
Nigar Heydərzadə
Məryəm Əhmədzadə
Ayan Muradova

52 kq

Şövkət Kərimova
Fatimə Məmmədli
Rüqayyə Əlizadə

63 kq

Türkan Məmmədli
Qönçə Məmmədli
Ayan Zeynallı

+70 kq

Aişə Jestekina
Gülşən İbrahimova

Oğlanlar
55 kq

Samin Səlimli
Fuad Cəlilzadə
Qərib Atababayev
Nizami Hacılı

66 kq

Aqşin Bayramov
İsmayıl Həsənli
Büsat Şahmurov
Nihad İsayev

81 kq

Məhəmmədəli Mehdi
Tunar Qənbərli
Murad Hüseynzadə
Saladdin Əlismanov

+90 kq

Sabir Bərxudarlı
Nihad Məlikli
Rəsul Ağayev

Beləliklə, ilk turda fərqlənən gənclər növbəti mərhələlərdə milli komandaya yaxınlaşmaq üçün vacib üstünlük əldə ediblər.

İdman.Biz