Fevralın 14-də cüdo üzrə U-16 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu start götürüb.
İdman.Biz bildirir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə 187 cüdoçu mübarizəyə qoşulub. Qızlar -40 kq, -48 kq, -57 kq, -70 kq; oğlanlar isə -50 kq, -60 kq, -73 kq və -90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
Qeyd edək ki, “İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-40 kq
1. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Zəhra İsmayılova (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Əsnad Əzimova (Elxan İK)
-48 kq
1. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Zəhra Feyzullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Rahilə Rzalı (Sərhədçi İM)
-57 kq
1. Zöhrə Ağazadə (Neftçi İK)
2. Aysu Mədətli (Mingəçevir UGİM)
3. Aytən Səmədli (Mingəçevir UGİM)
-70 kq
1. Dəniz Əlizadə (Sumqayıt OİK)
2. Sümeyya İsmayılova (Qəbələ İK şəhər)
3. İmamə Rəcəbli (Boz Oğuz İK)
Oğlanlar
-50 kq
1. Aqil Nağıyev (RKİM)
2. Fərid Rzazadə (Pirşağı-Kürdəxanı İK)
3. Aqşin Oruclu (Azəri İSM Sumqayıt)
3. Hüseyn Heydərli (Sərhədçi İM)
-60 kq
1. Ayxan Abbaszadə (Goranboy UGİM)
2. Yusif Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
-73 kq
1. Tuncay Ağazadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Ayxan Qasımov (Neftçi İK)
3. Hüseyn Hüseynov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Ruhid Quluzadə (Judo Club 2020 İK)
-90 kq
1. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Kamran Hacıyev (Neftçi İK)
3. Valeh Sadıqlı (Yevlax)
3. Məhəmməd Məmmədli (Neftçi İK)
