Fevralın 21-22-də U-14 yeniyetmə cüdoçular arasında Liqa yarışının Birinci turu keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirdə 93 klub və idman cəmiyyətindən olan 653 cüdoçu (550 oğlan, 103 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının üç turunun keçirilməsi planlaşdırılır. Turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında rol oynayacaq.
