Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında Liqa yarışının birinci turuna fevralın 22-də yekun vurulub.
İdman.Biz xəbər verir ki, turnirin son günündə qızlar 40 kq, 48 kq, 57 kq, oğlanlar isə 42 kq, 50 kq, 60 kq, 73 kq və +73 kq çəki dərəcələrində tatami üzərinə çıxıblar.
Yarışda 94 klub və idman cəmiyyətini təmsil edən 541 cüdoçu (452 oğlan, 89 qız) qüvvəsini sınayıb. Cari ildə U-14 Liqa yarışının üç turunun keçirilməsi planlaşdırılır və bu turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında mühüm rol oynayacaq.
Mükafatçılar
Qızlar
40 kq
1. Nərgiz Fərzəliyeva (RKİM)
2. Mehparə Həsrətzadə (Günəşli İK)
3. Aygül Nadirli (Balakən OİK)
4. Yelena Həsənova (Şuşa UGİM)
48 kq
1. Mələk Vəliyeva (Qədiroğlu İK)
2. İlknur Rəhimli (Sumqayıt şəhəri İOEUGİM)
3. Abhəyat Bayramlı (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
4. Türkan Əlizadə (Judo Club 2012)
57 kq
1. Yasəmən Əliyeva (Naxçıvan UGİM)
2. Nuray Qafarzadə (Şah Cüdo İdman Klubu)
3. Selcan Feyziyeva (Mərdəkan Cüdo Klub)
Oğlanlar
42 kq
1. Ömər Səlimli (Mingəçevir UGİM)
2. Miryusif Fəttayev (Sumqayıt şəhəri İOEUGİM)
3. Nicat Əliyev (Judo Club 2020 İK)
4. Hüseyn Səmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
50 kq
1. İzzət Musayev (Quba CİK)
2. Süleyman Qafarov (Zabrat İK)
3. Təhmasib Şamilzadə (Ordu İdman Klubu)
4. Mehdi Quliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
60 kq
1. Ramal Məmmədli (Rinat İK)
2. Muhammədəli Mustafa (Metallurq Gəncə)
3. Miran Həbiyev (Şuşa UGİM)
4. Süleyman Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
73 kq
1. Kərim Məmmədov (Ordu İdman Klubu)
2. İslam Səlimov (Sankaku İK)
3. Hüseyn Hüseynli (Mərdəkan Cüdo Klub)
4. Fərid Xəlilli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
+73 kq
1. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub)
2. Yelmar Quliyev (Zabrat İK)
3. Əli Allahverənli (Neftçi İK)
4. Ümid Əliyev (Neftçi Siyəzən).
