Cüdo məşqçilərinin seminarı təşkil olunub

Xəbərlər
24 Dekabr 2023 20:51
113
Cüdo məşqçilərinin seminarı təşkil olunub

Dekabrın 23-24-də cüdo məşqçilərinin praktiki imtahanına hazırlıq məqsədi ilə seminar keçirilib.

İdman.biz xəbər verir ki, seminar Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezeker iştirakı ilə təşkil olunub.

Məşğələlərdə Azərbaycanın müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan məşqçilər iştirak edib. Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.

Qeyd edək ki, məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.

İdman.biz

Məqalədə: