Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya verib - FOTO

Xəbərlər
23 Dekabr 2023 13:22
101
Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya verib - FOTO

Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırması prosesini fəal şəkildə davam etdirir.

İdman.biz xəbər verir ki, ACF 31 idman təşkilatına beş il müddətinə lisenziya verib.

Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçilib.

ACF-in İdman direktoru Kamran Talıbov və İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən idman təşkilatlarını təbrik ediblər.

Qeyd edək ki, ACF 2022-ci ilin avqust ayından etibarən ölkədə fəaliyyət göstərən cüdo üzrə idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. Hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 117-dir.

İdman.biz

Məqalədə: