Kişilərdən ibarət Azərbaycan milli komandası qarşıdakı beynəlxalq yarışlara hazırlığını Bakıda davam etdirir.
İdman.Biz bildirir ki, təlim-məşq toplanışında yığmamızla yanaşı Özbəkistan, Türkiyə, İtaliya, Slovakiya və İsraildən olan cüdoçular da iştirak edirlər.
Qeyd edək ki, idmançılarımız 31 yanvar – 1 fevral tarixlərində Belçikada keçiriləcək Beynəlxalq Açıq Turnirdə, 7–8 fevralda isə Fransada təşkil olunacaq Paris Böyük Dəbilqəsində qüvvələrini sınayacaqlar.
