Bakıdakı “Böyük Dəbilqə”yə ilk müraciət – dünya çempionları, finalçılar

Xəbərlər
19 Dekabr 2023 12:22
225
Bakıdakı “Böyük Dəbilqə”yə ilk müraciət – dünya çempionları, finalçılar

Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə”də iştirak üçün ilk müraciət Kanada millisindən gəlib.

İdman.biz xəbər verir ki, şimali amerikalılar gələn il fevralın 16-18-də Bakıda baş tutacaq yarış üçün Təşkilat Komitəsinə 11 cüdoçu sifariş edib.

Onların arasında ikiqat dünya çempionu Krista Dequçi, mundialın qalibi Cessika Klimkeyt (hər ikisi 57 kq) və finalçısı finalçısı Kayl Reyes (100 kq) də var.

“Böyük Dəbilqə”də uğurlu çıxış edən idmançılar Paris-2024 Yay Olimpiya Oyunları üçün reytinq xalları qazanacaqlar. Bu səbəbdən də Kanada millisi Bakıya ən güclüləri ilə gələcəklər.

Kanadanın heyəti:

Kişilər: Julien Fraskadore (66 kq), Artur Marqelidon (73 kq), Fransua Qote-Drapeu (81 kq), Lui Kleber-Qanon, Mohab Elhanas (hər ikisi 90 kq), Kayl Reyes, Şadi Elhanas (hər ikisi 100 kq).

Qadınlar: Kelli Dequçi (52 kq), Krista Dequçi, Cessika Klimkeyt (hər ikisi 57 kq), Ketrin Beşamin-Pinar (63 kq).

Qeyd edək ki, bu il Bakıda keçirilən “Böyük dəbilqə”də 61 ölkədən 446 cüdoçu mübarizə aparıb. Növbəti turnirdə isə bu rəqəmin artacağı istisna olunmur.

İdman.biz

Məqalədə: