İngiltərənin Birmingem şəhərində keçirilmiş IBSA dünya oyunlarında iştirak edən Azərbaycan paralimpiyaçıları Vətənə qayıdıblar.
Milli Paralimpiya Komitəsindən İdman.biz-a verilən məlumata görə, cüdo və şahmat idman növlər üzrə milli komandaların üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.
Yığmamızı Komitə nümayəndələri və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, dünya oyunlarında cüdoçularımızdan İlham Zəkiyev və Xanım Hüseynova gümüş, Şəhanə Hacıyeva isə bürünc medal qazanıb. Şahmatçılarımız isə yarışı 5-ci pillədə başa vurublar.
İdman.biz