Cüdo üzrə növbəti dünya çempionatının ev sahibi dəqiqləşib - VİDEO

Xəbərlər
15 Dekabr 2023 17:37
244
Cüdo üzrə növbəti dünya çempionatının ev sahibi dəqiqləşib - VİDEO

Cüdo üzrə növbəti dünya çempionatının məkanı və tarixi dəqiqləşib.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (İJF) məlumat yayıb.

Bildirilib ki, gələn il mundaila BƏƏ-ni paytaxtı Abu-Dabi ev sahibliyi edəcək. Dünya çempionatı mayın 19-24-də başa tutacaq. Bu, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalı verən son yarış olacaq.

Qeyd edək ki, bu il Dohada keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.

İdman.biz