Cüdoçülarımızın dünya çempionatında mübarizəsi - FOTO

Xəbərlər
28 Avqust 2023 10:31
Cüdoçülarımızın dünya çempionatında mübarizəsi - FOTO

Cüdo üzrə Azərbaycan yığması Zaqrebdə qarışıq komandalar arasında yeniyetmələr arasında dünya çempionatında çıxışını başa vurub.

İdman.biz-in məlumatına görə, komandamız gümüş mükafatlara sahib olub. Finala gedən yolda Məhəmməd Musayev, Ümid Qurbanov (hər ikisi 60 kq), Məryəm Bayramzadə, Vüsalə Hacıyeva (hər ikisi - 48 kq), Aslan Kotsoyev, Mehdi Abbasov (hər ikisi 81 kq), Xədicə Qədəşovanın (63 kq), Rəsul Səmədli, Ramazan Əhmədov (hər ikisi +81 kq), Kamilla Toxoliyeva (+63 kq) yer aldığı komanda Yunanıstanı (4:1), Qazaxıstanı (4:2) və Türkiyəni (4:3) məğlub edib.

Finalda gümüş medal qazanan Azərbaycan komandası Fransaya uduzub (1:4).

Nicat Zəkiyev

İdman.biz