Cüdo üzrə Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
İdman.Biz bildirir ki, finalda Azərbaycan cüdoçuları özbəkistanlı idmançılarla mübarizə aparıblar.
57 kq çəki dərəcəsində Fidan Əlizadə, 73 kq çəki dərəcəsində Hidayət Heydərov, 70 kq çəki dərəcəsində Südabə Ağayeva, 90 kq çəki dərəcəsində isə Elcan Hacıyev qalib gəlib.
Beləliklə, idmançılarımız 4:0 hesabı ilə qələbə qazanıblar.
15:30
Cüdo üzrə Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
İdman.Biz xəbər verir ki, yığma qarışıq komanda yarışının yarımfinalında Qazaxıstan komandası ilə qarşılaşıb.
Azərbaycan millisi rəqibini 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Həlledici qarşılaşmada rəqib Özbəkistan komandası olacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
14:00
Cüdo üzrə Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, turnir Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir.
Yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı komandası ilə qarşılaşıb.
Azərbaycan millisi rəqibini 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Yığma növbəti mərhələdə Qazaxıstan komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
