VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev yarımfinal mərhələsində bəhreynli Said Sadrudinovla qarşılaşıb və rəqibinin üç şido cərimə xalı alması ilə görüşü qalib başa vurub.
Təmsilçimiz finalda misirli Omar Elramli ilə üz-üzə gələcək.
